Onlar xidməti vəsiqə ilə işə gedə bilərlər - SİYAHI

Onlar xidməti vəsiqə ilə işə gedə bilərlər -   SİYAHI
  21 İyun 2020    Oxunub:4759
Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək tətbiq olunacaq sərtləşdirilmiş xüsusi karantin rejimində xidməti vəsiqələri əsasında hərəkət etmələrinə yol verilən sahələr açıqlanıb.
Azvision.az -ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında bildirilib.

Xidməti vəsiqələri əsasında hərəkət etmələrinə yol verilən sahələrin əməkdaşları bunlardır:

• Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin, Azərbaycan Respublikası Tibb Xidmətinin, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin əməkdaşları;

• Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Aparatının əməkdaşları;

• mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri;

• dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və onların müavinləri;

• hüquq mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər;

• Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti (Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında).

Azvision.az


Teqlər: Karantin  





Xəbər lenti