Müharibə əlilləri və şəhid ailələri pulsuz rabitə ilə təmin edildi
Aksiya zamanı rabitə infrastrukturu məhdud Bakıətrafı ərazilərdə yaşayan müvafiq kateqoriyalı müraciət edənlərə "simsiz rabitə" xidmətini dəstəkləyən avadanlıqlar hədiyyə edilib, onların qısa zamanda telekommunikasiya xidmətlərinə qoşulması təmin olunub.
Qeyd edək ki, "Baktelecom" Abşeron yarımadasının bütün kəndlərində və paytaxtın bəzi məhdud infrastrukturlu ərazilərində rabitə xidmətləri ilə təminat çətinliyini aradan qaldırmaq üçün LTE (Long Term Evolution) texnologiyasını tətbiq edir. Hazırda 10 minə yaxın abunəçiyə bu texnologiya üzərindən telekommunikasiya xidmətləri göstərilir. Xidmətə qoşulmaq üçün istifadəçilər simsiz şəbəkəni dəstəkləyən xüsusi qəbuledici avadanlıq əldə etməlidirlər.
Azvision.az
Teqlər: Rabitə