Ön xətdə yerləşən bölmələrdə silsilə tədbirlər keçirilib

  25 İyun 2020    Oxunub : 1923
Ön xətdə yerləşən bölmələrdə silsilə tədbirlər keçirilib
Gəncə Qarnizonunun İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən ön xətdə yerləşən bölmələrdə Silahlı Qüvvələr Gününə həsr olunmuş silsilə tədbirlər təşkil edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, bayram tədbirlərində iştirak edən hərbi qulluqçulara Azərbaycan Ordusunun yaranma tarixi ilə bağlı ətraflı məlumat verilib, videoçarxlar nümayiş olunub, viktorina, məntiq, musiqi və idman yarışları keçirilib. Qaliblərə döş nişanları və müxtəlif hədiyyələr təqdim edilib.

Təşkil edilmiş tədbirlər çərçivəsində “Əsgər məktubu” layihəsi keçirilib.

Azvision.az

Teqlər: Müdafiə-Nazirliyi