QHT Şurası onlayn konfrans keçirəcək

QHT Şurası onlayn konfrans keçirəcək
  26 İyun 2020    Oxunub:2663
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 27 iyun 2020-ci il, saat 12:00-da “Pandemiya ilə mübarizədə Şuranın maliyyələşdirdiyi layihələrin rolu, ictimai qınaq və ictimai nəzarətin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirəcək.
Azvision.az xəbər verir ki, Şura sədri, Milli Məclisin deputatı Azay Quliyevin sədrliyi ilə keçiriləcək konfransda Şura üzvləri, tərəfdaş dövlət qurumlarının nümayəndələri, Katiblik əməkdaşları və QHT rəhbərləri iştirak edəcək.

Konfransda Şuranın maliyyələşdirdiyi QHT layihələrinin COVID-19 pandemiyası ilə mübarizə tədbirlərində rolu, QHT-lərin üzərinə düşən vəzifələr, ictimai qınaq və ictimai nəzarətin gücləndirilməsilə bağlı məsələlər müzakirə ediləcək.

Azvision.az


Teqlər: QHT   Şura  





Xəbər lenti