Koronavirusla mübarizə üçün 114 milyon manatdan çox pul yığıldı

 Koronavirusla mübarizə üçün 114 milyon manatdan çox pul yığıldı
  26 İyun 2020    Oxunub:6324
Koronavirusla Mübarizəyə Dəstək Fonduna indiyədək köçürülən ianənin məbləği məlum olub.
Azvision.az xəbər verir ki, Fonda 114 072 570 manat vəsait yığılıb.

İanə köçürənlər arasında 3372 hüquqi, 12 099 fiziki şəxs var.

Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Prezident İlham Əliyevin fərmanı ilə martın 19-da yaradılıb. Fondun yaradılmasında məqsəd koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.

Azvision.az


Teqlər: Fond   Koronavirus   Maliyyə   Vəsait  





Xəbər lenti