ÜST: Bir gündə 177 min yeni yoluxma aşkarlanıb

     ÜST:   Bir gündə 177 min yeni yoluxma aşkarlanıb
  27 İyun 2020    Oxunub:4001
Dünyada koronavirus infeksiyasına yoluxanların sayı artmaqda davam edir.
Azvision.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 pandemiyası ilə bağlı gündəlik hesabatını açıqlayıb.

Hesabata əsasən, ötən sutka ərzində 177 min nəfər yeni növ koronavirusa yoluxub, 5116 pasiyent dünyasını dəyişib.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb. İkinci yerdə Avropa regionu qərarlaşır.

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların ümumi sayı 9 milyon 755 min nəfərdən çoxdur. İndiyədək 492 min 685 nəfər pandemiyanın qurbanı olub.

Azvision.az


Teqlər: ÜST   Koronavirus  





Xəbər lenti