Zaqatala sakini 47 ildir evində tısbağa saxlayır - FOTOLAR

  Zaqatala sakini 47 ildir evində tısbağa saxlayır -    FOTOLAR
  27 İyun 2020    Oxunub:18380
Zaqatala sakini Əsgər Məmmədov 50 ilə yaxındır ki, evində tısbağa saxlayır. Oyma sənəti ilə məşğul olan usta tısbağanı özünə yaxın dost hesab edir.
"1973-cü ildə meşədə qarşıma çıxdı. O zaman balaca idi. Götürüb özümlə evə gətirdim. O gündən bəri tısbağa bizim həyətdə yaşayır. Artıq 47 il keçir", - deyən Ə.Məmmədov heyvanı göz bəbəyi kimi qoruyur və onun qidalanmasına xüsusi diqqət yetirir.

Qeyd edək ki, tısbağalar uzun ömürlü olurlar. Növündən asılı olaraq 50-100 il yaşaya bilirlər. Bəzi növlər var ki, hətta 150 il yaşayır.













Əhməd Xəlilov
Azvision.az


Teqlər: ZaqatalaTısbağa  





Xəbər lenti