Gürcüstanda yoluxma və ölüm sayı artdı

  Gürcüstanda yoluxma və ölüm sayı artdı
  28 İyun 2020    Oxunub:3337
Gürcüstanda koronavirusa yoluxanların sayı 924 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin yaratdığı “StopCoV.ge” saytında məlumat yer alıb.

Ölkədə son sutkada 3 yeni yoluxma qeydə alınıb, 1 nəfər vəfat edib. Bu günədək infeksiyadan sağalanların sayı 785, ölənlər isə 15 nəfərdir.

Hazırda karantində 2819, stasionar nəzarətdə 230 nəfər saxlanılır.

Azvision.az


Teqlər: Gürcüstan   Koronavirus   Pandemiya  





Xəbər lenti