Ziyafətə gələn qonaqlar atəşə tutuldu: Ölən və yaralılar var

Ziyafətə gələn qonaqlar atəşə tutuldu:    Ölən və yaralılar var
  29 İyun 2020    Oxunub:3482
Braziliyada ziyafət zamanı silahlı insident baş verib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Rio-de-Janeyro şəhərində qeydə alınıb.

Məlumata görə, ənənəvi iyun bayramını qeyd etməyə toplaşan insanlar naməlum şəxslər tərəfindən atəşə tutulub. İnsident nəticəsində 4 nəfər ölüb, 11 nəfər yaralanıb.

Cinayətin kimlər tərəfindən törədildiyi bilinmir, araşdırma aparılır

Azvision.az



Teqlər: Braziliya  





Xəbər lenti