Millimizin üzvləri koronavirusa yoluxub? - AÇIQLAMA

  Millimizin üzvləri koronavirusa yoluxub? -  AÇIQLAMA
  30 İyun 2020    Oxunub:3055
Üzgüçülük üzrə Azərbaycan yığmasının üzvlərinin COVID-19 virusuna yoluxmaları barədə bəzi kütləvi informasiya vasitələrində yayılan xəbərlər reallığı əks edirmir və dezinformasiyadır.

Azvision.az xəbər verir ki, bu barədə məlumatı federasiyanın mətbuat xidməti yayıb.
Məlumata görə, hazırda yığmanın üzvlərinin sağlamlığında heç bir problem yoxdur və sərt karantin rejiminin qaydalarına uyğun olaraq ev şəraitində fiziki məşqlərlə kifayətləniblər.

Qeyd olunub ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 5-dən sonra qəbul edəcəyi qərardan asılı olaraq məşqlərin bərpası məsələsi müzakirə olunacaq.

Azvision.az


Teqlər: Milli   Koronavirus  





Xəbər lenti