Baş prokuror BQXK-nın Azərbaycan Nümayəndəliyinin rəhbəri ilə görüşüb
Səmimi qəbula görə təşəkkürünü bildirən Elena Aymone Sessera ikitərəfli münasibətlərə toxunaraq Azərbaycanla münasibətlərin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayıb, ölkəmizlə Ermənistan arasındakı mövcud münaqişədən əziyyət çəkmiş Azərbaycan vətəndaşlarına humanitar yardım göstərilməsi, cəbhəboyu ərazilərdə yaşayan mülki şəxslərin təhlükəsizliyi, fiziki və psixoliji sağlamlıqları, itkin düşmüş şəxslərin taleyləri ilə əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı fəaliyyəti, həyata keçirdiyi layihələr, aparılan mühüm işlər, o cümlədən COVID-19 pandemiyası ilə əlaqədar keçirdikləri təlimlər barədə məlumat verərək, ikitərəfli münasibətlərin inkişafı naminə, habelə Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları, o cümlədən prokurorluq orqanları ilə əməkdaşlıq istiqamətində münasibətlərin daha da inkişaf edəcəyinə səylərini əsirgəməyəcəyini vurğulayıb.
Azvision.az
Teqlər: Baş-Prokuror