TƏBİB: 51 xəstə süni tənəffüs cihazına qoşulub

  02 İyul 2020    Oxunub : 3483
      TƏBİB:    51 xəstə süni tənəffüs cihazına qoşulub
Azərbaycanda koronavirusla bağlı 2 iyul 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, son sutkada koronavirusa görə 6976 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 495 min 828-ə çatıb.

Reanimasiyada olan xəstə sayı 241, süni tənəffüs cihazında olan xəstə sayı 51-dir.



Hazırkı dövrədək ölkəmizdə 18 min 684 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 10 min 425 nəfər müalicə olunaraq sağalıb, 228 nəfər vəfat edib. Aktiv xəstə sayı 8031 nəfərdir.

Azvision.az

Teqlər: TƏBİB   Koronavirus   Pandemiya