“Bu, bizi qane etmir, mübarizəni davam etdiririk” - Hikmət Hacıyev

  10 İyul 2020    Oxunub : 4186
 “Bu, bizi qane etmir, mübarizəni davam etdiririk” -    Hikmət Hacıyev
Rəqəmlərdə müəyyən stabilləşmə tendensiyası özünü göstərir, artıq yoluxanlarla sağalanlar arasında az fərq var. Lakin bu, bizi qane etmir və biz mübarizəni davam etdiririk.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, vətəndaşların məsuliyyəti, dövlətlə birgə olması, göstərdikləri fəaliyyət nəticəsində mövcud vəziyyətin stabilləşməsinə nail olunub.

"Dövlətin işinə dəstək verən vətəndaşlara minnətdarıq. Karantin rejimi ilə əlaqədar dövlət strukturları gərgin iş rejimində fəaliyyətlərini davam etdirir. Dünyada epidemioloji vəziyyət heç də qənaətbəxş deyil. Əsas yayılma regionu Latın Amerikası elan edilsə də, Yaxın Şərqdə də koronavirusa yoluxma sürətlə artır".

Aytən Zəhra
Azvision.az

Teqlər: Hikmət-Hacıyev