Ermənistanın daha iki hərbçisi öldürüldü

 Ermənistanın daha iki hərbçisi öldürüldü
  14 İyul 2020    Oxunub:4717
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyan daha iki erməni hərbçinin öldüyünü açıqlayıb.
Azvision.az xəbər verir ki, onun yaydığı məlumata görə, kiçik serjantlar Smbat Qabrielyan və Qrişa Matevosyan Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilib.

Ermənistan tərəfi bundan əvvəl mayor Qaruş Vemiri Ambarçumyan və kapitan Sos Paylaki Elbəkyanın ölümünü təsdiqləmişdi.

Qeyd edək ki, işğalçı ordu Azərbaycan-Ermənistan dövlət sərhədində, Tovuz rayonu istiqamətində gedən döyüşlərdə ağır itkilər versə də, bunu mümkün qədər gizlətməyə çaşılır.

Azvision.az


Teqlər: Ermənistan   Hərbçi  





Xəbər lenti