“Ermənilər dara düşən kimi qadınlarını qabağa verir” - Baba Vəziroğlu

 “Ermənilər dara düşən kimi qadınlarını qabağa verir” -  Baba Vəziroğlu
  16 İyul 2020    Oxunub:4827
"Ermənilər Qafqazda peyda olan gündən qonşularına arxadan zərbə vurublar. Erməni xəyanəti təəccüblü deyil".

Bunu Azvision.az -a tanınmış şair Baba Vəziroğlu deyib. O bildirib ki, Azərbaycan İrəvanın terrorçu niyyətini hər zaman ifşa edib.
"Biz arxadan vurulan zərbə ilə, xəyanətlə rastlaşmamışıq ki, təəccüblənək? Ermənini məgər biz bu gün tanıyırıq? Erməni tayfasının tarixi bir o qədər də qədim deyil. Oradan-buradan gəlmiş köçəri tayfalardır, dayılarının sayəsində dövlət qurublar. Qafqazda peyda olan gündən bütün qonşulara xəyanət ediblər, arxadan zərə vurublar. Bu gün ermənilərin təxribatçı hərəkəti gözlənilən idi. Onlardan başqa nə gözləmək olar ki?

Azərbaycan dövləti, ordusu buna həmişə hazır olub. İrəvanın terrorçu niyyətini həmişə diqqətdə saxlamışıq. Növbəti təxribatla, xəyanətlə, müəyyən güclərin verdiyi dırnaqarası cəsarətlə qeyri-insani sifətlərini göstərdilər. Özü də dövlət sərhəddində.

Hətta bu düşüncənin özü yalnışdır. Ermənistan haçandan dövlət olub ki, bizimlə sərhədi də olsun?! Ora tarixi Azərbaycan torpaqlarıdır. Bu gün biz Puşkin dediyi kimi qorxaq, balaca bir tayfa ilə vuruşmuruq, onların arxasındakı böyük güclərlə üz-üzəyik.

Onların içindəki bu satqınlıq gec-tez özlərini məhvə sürükləyəcək. Tarixdə bu qədər ləkəli qalmaq mümkün deyil. Bir ölkənin ki, sərhəddini başqa bir ölkənin qoşunu qoruyur, ondan nə gözləyirsən? Ömrü dayılarının hesabına da olsa, çox uzanan deyil. Bir tayfa ki, qadınlarını dara düşən kimi qabağa verir. Teymurləng demişdi ki, erməniləri qırdığım üçün tarix məni qınayacaq, amma sonadək qırmadığım üçün ikinci dəfə qınayacaq.

Bakıdakı yürüşdə xalqımızın böyük izdihamını gördük. Bu çox qürurverici haldır. Bir neçə nəfərin təxribatı o tarixi ana qüsur sala bilməz. Biz 20-ci əsrin faşizmdən daha murdar, xəyanətkar, qeyri- insani cilddə olan faşizmlə mübarizə aparırıq. Onu məhv etmək bəşəriyyətə xidmət kimi qiymətləndiriləcək".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: BabaVəziroğlu  





Xəbər lenti