Xaçmazda karantinə əməl edilməsi nəzarətdədir

Xaçmazda karantinə əməl edilməsi nəzarətdədir
  16 İyul 2020    Oxunub:3052
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları ölkəmizdə koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində rayon ərazisində mütəmadi olaraq qabaqlayıcı tədbirlər həyata keçirir, vətəndaşlarla profilaktik söhbətlər aparmaqla onlara xüsusi rejim qaydalarına riayət etməyə çağırırlar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, sakinlərdən təyin olunmuş qaydada icazə sistemi vasitəsi ilə icazə aldıqdan sonra hərəkət etməyi tələb edən şöbə əməkdaşları, hər kəsə “evdə qal” kampaniyasına qoşulmalarının zəruriliyini bildirirlər.

Həmçinin elan olunmuş xüsusi karantin rejiminin tələblərinin icrası ilə əlaqədar rayon ərazisindəki pensiya və müavinətlərin verilməsi ilə bağlı bankomatların önündə yarana biləcək sıxlığı nəzərə alaraq polis əməkdaşları bu ərazilərə xüsusi olaraq nəzarət edir, sosial məsafənin qorunması üçün lazımi tədbirlər yerinə yetirirlər.

Bundan əlavə, ticarət mərkəzlərində də reydlər keçirilir, tibbi maskadan istifadə etməyən şəxslər barədə inzibati qaydada tədbirlər görülür.

Azvision.az



Teqlər: DİN   Xaçmaz  





Xəbər lenti