Bu ay 9 nəfəri ilan sancıb, 3-ü uşaqdır

Bu ay 9 nəfəri ilan sancıb, 3-ü uşaqdır
  29 İyul 2020    Oxunub:2436
İyul ayında ilan sancması ilə bağlı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 9 nəfər müraciət edib. Onlardan 3 nəfəri uşaqdır.
Bunu Azvision.az -a açıqlamasında Toksikologiya şöbəsinin baş həkimi, ölkənin baş toksikoloqu Azər Maqsudov deyib. Onun sözlərinə görə, dərman zəhərlənməsi ilə şöbəyə 11 nəfər müraciət edib.

"Bu dövrdə 3 nəfər sirkə turşusu, 2 nəfər dəm qazı zəhərlənməsi ilə əlaqədar müraciət edib. Ölən olmayıb. Spirtli içki ilə bağlı 4 nəfər məsləhət alıb".

Aytən Zəhra
Azvision.az


Teqlər: Zəhərlənmə   İlan  





Xəbər lenti