155 azərbaycanlı Ukraynadan ölkəyə gətirildi - FOTO

 155 azərbaycanlı Ukraynadan ölkəyə gətirildi -  FOTO
  31 İyul 2020    Oxunub:3013
Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) iyulun 30-da Kiyevdən Bakıya növbəti çarter reysi yerinə yetirib.
AZAL-dan Azvision.az-a bildirilib ki, həmin reyslə 155 Azərbaycan vətəndaşı Vətənə çatdırılıb.

Yalnız reysdən əvvəl 48 saat ərzində COVID-19-un olmaması barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır.



Qeyd edək ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.







Azvision.az


Teqlər: AZAL   Ukrayna  





Xəbər lenti