Türkiyə Müdafiə Nazirliyi Azərbaycandakı təlimlərdən VİDEO yaydı

 Türkiyə Müdafiə Nazirliyi Azərbaycandakı təlimlərdən    VİDEO yaydı
  31 İyul 2020    Oxunub:2815
Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanda keçirilən birgə hərbi təlimlərə dair videomaterial hazırlayıb.
Azvision.az xəbər verir ki, video nazirliyin "Youtube" kanalında yerləşdirilib.



Qeyd edək ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri başlayıb. Birgə təlimlərdə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib.

Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Türkiyə   Azərbaycan   Təlim  





Xəbər lenti