TƏBİB: 64 xəstə süni tənəffüs cihazına qoşulub

  01 Avqust 2020    Oxunub : 4099
      TƏBİB:    64 xəstə süni tənəffüs cihazına qoşulub
Azərbaycanda koronavirusla bağlı 1 avqust 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, son sutkada koronavirusa görə 7283 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 732 min 236-ya çatıb.

Reanimasiyada olan xəstə sayı 267, süni tənəffüs cihazında olan xəstə sayı 64 nəfərdir.

Hazırkı dövrədək ölkəmizdə 32 min 157 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 26 min 474 nəfər müalicə olunaraq sağalıb, 454 nəfər vəfat edib. Aktiv xəstə sayı 5229 nəfərdir.



Azvision.az

Teqlər: TƏBİB   Koronavirus   Pandemiya