Rusiyada koronavirusa yoluxanların sayı 850 mini keçdi

  02 Avqust 2020    Oxunub : 3469
   Rusiyada koronavirusa yoluxanların sayı 850 mini keçdi
Rusiyada son sutka ərzində 5427 nəfər koronavirus infeksiyasına yoluxub.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, ölkə üzrə ümumi yoluxma sayı 850 870 nəfərə yüksəlib.

Koronavirus qurbanlarının sayı 70 nəfər artaraq 14 128-ə çatıb. İndiyədək 650 173 pasiyent sağalaraq xəstəxanalardan evə buraxılıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma sayına görə dünyada dördüncü yerdədir.

Azvision.az

Teqlər: Rusiya   Koronavirus