Fərdi sahibkarlara təkrar ödənişlər verilə bilər

Fərdi sahibkarlara təkrar ödənişlər verilə bilər
  03 Avqust 2020    Oxunub:3581
Pandemiyadan xüsusilə əziyyət çəkmiş vergi ödəyicilərinə, sahibkarlara, muzdlu işçilərin əmək haqlarının əhəmiyyətli hissəsinin dövlət tərəfindən ödənilməsi davam edib. 28 iyul tarixinədək maliyyə dəstəyi almaq üçün 272 939 muzdlu işçisi olan 30 minə yaxın vergi ödəyicisi müraciət edib.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın iclasında deyib.

Onun sözlərinə görə, 24 825 vergi ödəyicisinə ikinci tranş üzrə müvafiq ödəmələr həyata keçirilib.

“Maliyyə dəstəyinə ehtiyacı olan, birinci mərhələdə 250 manat alan fərdi sahibkarlara təkrar ödənişlərin həyata keçirilməsi diqqət mərkəzindədir”.

Azvision.az




Teqlər: Sahibkar  





Xəbər lenti