Toyların keçirilməsinə bu səbəbdən icazə verilmir

 Toyların keçirilməsinə bu səbəbdən icazə verilmir
  03 Avqust 2020    Oxunub:5896
Koronavirusa qarşı epidemioloji mübarizənin vacib şərtlərindən biri kütləviliyin qarşısının alınmasıdır.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın iclasında deyib.

“Toylar və yas mərasimlərinə gəldikdə, qapalı bir məkanda 100-200 və daha artıq insan cəmləşir və yaxın təmasda olur. Bunun güclü epidemioloji əsasları var, ona görə də toyların keçirilməsinə icazə verilmir”, - deyə H.Hacıyev əlavə edib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Toy   Karantin   Qadağa  





Xəbər lenti