Koronavirusdan sağalan Cavid Paşayev evə buraxılıb
Deputatın sözlərinə görə, 36 yaşlı C. Paşayev xəstəliyə qalıb gəlib: “Ən çətin günlərində böyük bir komanda gecə-gündüz demədən sənin müalicəni müzakirə etdi, sənə görə bəzən mübahisə etdi, hətta bəzən dalaşdıq, savaşdıq amma təslim olmadıq. Çünki hamının yeganə hədəfi var idi.... Səni yaşatmaq!”
O, C. Paşayevin sağalmasında ECMO cihazının effektivliyini xüsusilə qeyd edib: "Beləliklə, dünyanın qabaqcıl səhiyyələrində hələ də müzakirə olunan, COVID 19-la mübarizədə effektivliyinə şübhə ilə yanaşılan ECMO istifadəsinin ölkəmizdə daha bir uğurlu nəticəsinin sonuna gəldik!".
Azvision.az
Teqlər: Həkim Koronavirus Cavid-Paşayev