Məktəbəhazırlıq qruplarında dərslər həftədə 2 dəfə keçiriləcək

   Məktəbəhazırlıq qruplarında dərslər həftədə 2 dəfə keçiriləcək
  27 Avqust 2020    Oxunub:4542
Məktəbəhazırlıq qruplarında bu il 120 minə qədər uşağın təhsil alacağı gözlənilir. Bu qruplarda dərslər oktyabrın 1-dən başlayacaq və həftədə 2 dəfə keçiriləcək.
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev yeni tədris ilinin başlanmasına həsr olunmuş brifinqdə deyib.

Onun sözlərinə görə, qruplar 2 hissəyə bölünəcək.

“Həftədə 2 dəfə bir qrup, digər 2 gündə isə yerdə qalan qruplar gələcək. Bu proses noyabrın 2-ə qədər davam edəcək”.

Azvision.az


Teqlər: Məktəb   şagird  





Xəbər lenti