"Vaksinlə bağlı təmaslar davam edir" - Prezidentin köməkçisi

  "Vaksinlə bağlı təmaslar davam edir" -    Prezidentin köməkçisi
  29 Avqust 2020    Oxunub:3133
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən yaradılan xüsusi qrup vaksinlərin hazırlanmasında iştirak edən aparıcı şirkətlərlə təmasları davam etdirir, proses öyrənilir.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, dünya səviyyəsində qəbul edilən, sertifikasiyadan keçən vaksinin Azərbaycana gətirilib, vətəndaşlara tətbiq edilməsi məsələsi diqqətdədir.

Aytən Zəhra

Azvision.az


Teqlər: Vaksin   virus  





Xəbər lenti