DİN-dən Xaçmazda çəkilən video ilə bağlı açıqlama

DİN-dən Xaçmazda çəkilən video ilə bağlı açıqlama
  31 Avqust 2020    Oxunub:3040
Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Xaçmaz rayonu ərazisində “Aşura” mərasiminin təşkili ilə bağlı paylaşılan videogörüntülərə aydınlıq gətirib.
DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Azvision.az -a bildirilib ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində həmin mərasimin təşkil edilməsi barədə məlumat əldə edərək müvafiq tədbirlər keçiriblər.

Görüntülərdə olan şəxslər saxlanılaraq şöbəyə gətiriliblər. Burada onlarla izahedici söhbətlər aparılıb və mövcud karantin rejimi qaydalarını pozan 10 nəfər barəsində müvafiq tədbirlər görülüb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti