Bakıda saxta pul hazırlayanlar tutuldu - FOTO

Bakıda saxta pul hazırlayanlar tutuldu -  FOTO
  02 Sentyabr 2020    Oxunub:4860
Bakıda saxta pul dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a bildirilib ki, polisə avqustun 21-də Yasamal rayon ərazisində B.Məcidov küçəsində yerləşən mağazadan telefon almaq üçün 5 ədəd 50 manatlıq saxta əskinas, avqustun 23-də Nəsimi rayonu 20 Yanvar küçəsində dönər evindən 1 ədəd 50 manat saxta əskinas verilməsi ilə bağlı məlumat daxil olub.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əskinas dövriyyə buraxmaqda şübhəli bilinən paytaxt ərazisində kirayə yaşayan Xaləddin Məmmədov və pulları hazırlayan əvvəllər məhkum olunan Ağcəbədi rayon sakini Rəşadət Hacıyev saxlanılıb. Onların yaşadığı mənzildən saxta pul hazırlayan çap vasitələri və X. Məmmədovdan əlavə olaraq 8 ədəd saxta 50 manatlıq əskinaslar götürülüb.





Azvision.az


Teqlər: Saxta-pul  





Xəbər lenti