3 min manatlıq yeni cərimə tətbiq olunacaq

 3 min manatlıq yeni cərimə tətbiq olunacaq
  07 Sentyabr 2020    Oxunub:11067
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.
Azvision.az xəbər verir ki, dəyişikliklə qanuna yeni 192.2-ci bənd əlavə edilir.

Yeni bəndə əsasən, Qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlanılmasına görə vəzifəli şəxslər üç min manat məbləğində cərimə ediləcək.

Qeyd edək ki, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən onlayn iclasında İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklərə birinci oxunuşda baxılıb. Bildirilib ki, qanun layihəsi “Ümumi təhsil haqqında” qanunun icrası ilə əlaqədar hazırlanıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: MM   Dəhyişiklik   İXM  





Xəbər lenti