Türkiyədə daha 1703 nəfər COVID-19-a yoluxdu

   Türkiyədə daha 1703 nəfər COVID-19-a yoluxdu
  08 Sentyabr 2020    Oxunub:4134
Türkiyədə son sutka ərzində 57 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 1703 yeni yoluxma faktı qeydə alınıb. Pandemiya qurbanlarının sayı 6730, virusa yoluxanlar isə 281 509 nəfərə çatıb.

Türkiyədə indiyədək 252 152 pasiyent (son sutkada 1047 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  





Xəbər lenti