Prokurorluq tanınmış gitaraçının ölümü ilə bağlı məlumat yaydı
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib, o cümlədən digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
İlkin araşdırmalarla müəyyən edilib ki, həmin gün saat 12 radələrində 2003-cü il təvəllüdlü Şövqü Süleymanlı paytaxtın Nizami rayonu ərazisində yerləşən yaşadıqları evin mətbəxində atası Nofəl Süleymanlının adına olan «Escot» markalı 12 kalibrli ov tüfəngində olan patronları boşaldarkən ehtiyyatsızlıqdan tüfəngdən açılmış atəş nəticəsində qırmalar həmin vaxt mətbəxin eyvanında olan atası Nofəl Süleymanlının kürək nahiyyəsinə dəyib, sonuncu aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.
Qeyd edək ki, Nofəl Süleymanlı tanınmış gitara ifaçısı olub.
Azvision.az
Teqlər: Prokurorluq