Sahibə Qafarova Türkiyənin Ticarət naziri ilə görüşdü - FOTO

Sahibə Qafarova Türkiyənin Ticarət naziri ilə görüşdü -  FOTO
  11 Sentyabr 2020    Oxunub:2772
Sentyabrın 10-da Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Türkiyəyə rəsmi səfərə gedib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, bu, Sahibə Qafarovanın Milli Məclisin Sədri kimi xarici ölkəyə ilk səfəridir.

Ankaranın Esenboğa hava limanında nümayəndə heyətimizi Türkiyə Böyük Millət Məclisinin Sədr müavini Süreyya Sadi Bilgiç və digər rəsmi şəxslər qarşılayıblar.

Həmin gün Milli Məclisin Sədri Türkiyənin Ticarət naziri xanım Ruhsar Pekcan ilə görüşüb. Görüşdə əməkdaşlığımızın daha da dərinləşdirilməsi, ikitərəfli və regional əlaqələrimizin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.











Anar Kəlbiyev
Azvision.az


Teqlər: Spiker   Türkiyə   Səfər  





Xəbər lenti