Türkiyənin üç hərbçisi şəhid olub

   Türkiyənin üç hərbçisi şəhid olub
  11 Sentyabr 2020    Oxunub:3613
Türkiyənin Van bölgəsində üç hərbi qulluqçu şəhid olub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, təhlükəsizlik qüvvələrinin keçirdiyi antiterror əməliyyatları zamanı Vanın Çatak rayonunda daxili qoşunların üç hərbçisi şəhid olub. Şəhidlərdən biri zabit, ikisi sıravi əsgərdir.

Hazırda əməliyyatlar davam etdirilir.

Azvision.az


Teqlər: Türkiyə   Şəhid  





Xəbər lenti