COVID-19 qurbanlarının sayı 922 mini keçdi

   COVID-19 qurbanlarının sayı 922 mini keçdi
  13 Sentyabr 2020    Oxunub:4220
Dünyada koronavirus infeksiyasına yoluxanların və ölənlərin sayı artmaqda davam edir.
Azvision.az "Worldometers" portalına istinadən xəbər verir ki, dünya ölkələri üzrə virusa yoluxma sayı 28 milyon 836 min 622, pandemiya qurbanlarının sayı isə 922 min 555 nəfərə çatıb.

İndiyədək 20 milyon 715 min 333 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemya 213 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti