TƏBİB: Hazırda reanimasiyada 115 xəstə var

  TƏBİB:  Hazırda reanimasiyada 115 xəstə var
  16 Sentyabr 2020    Oxunub:4277
Hazırda Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 1940 nəfərdir.
TƏBİB-dən Azvision.az -a verilən məlumata görə, reanimasiyada olan xəstələrin sayı 115, süni tənəffüs cihazında olan xəstələrin sayı isə 8-dir.

Qeyd edək ki, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 141 yeni yoluxma faktı qeydə alınıb, 151 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ümumilikdə 38658 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36149 nəfər müalicə olunaraq sağalıb, 569 nəfər vəfat edib, aktiv xəstə sayı 1940 nəfərdir. Ölkədə son sutka ərzində 7656, hazırkı dövrədək isə 1027685 test aparılıb.

Azvision.az


Teqlər: TƏBİB   Koronavirus  





Xəbər lenti