Prokurorluq əməkdaşları Yay Akademiyasında iştirak edib
Qabaqcıl tədris mərkəzlərindən biri olmaqla, təsis olunduğu 2011-ci ildən bugünədək 1000-dən artıq məzunu olan, dünyanın inkişaf etmiş ölkələri, həmçinin Azərbaycan Respublikasının üzv olduğu Beynəlxalq Antikorrupsiya Akademiyası tərəfindən hər il olduğu kimi bu il də təşkil olunmuş videoformatda keçirilmiş yay akademiyasının təlim kursunda dünyanın mötəbər təhsil müəssisələrində, eləcə də digər sahələrdə fəaliyyət göstərən 12 nəfər ekspert iştirak edib.
Mühazirələrdən daha çox Guido Palazzonun “Niyə yaxşı menecerlər düzgün olmayan qərarlar qəbul edirlər”, Muştaq Xanın “Korrupsiya və İqtisadi İnkişaf” və Riçard Messik, Hamiş Qold-Skot və Fernando Dayerin birlikdə təşkil etdiyi “İnfrastruktur sahəsində Korrupsiyanın qarşısı necə alınmalı” mövzuları iştirakçılar tərəfindən daha maraqla qarşılanıb, həmin mövzular ətrafında geniş və daha aktiv müzakirələr aparılıb.
Tədrisin sonunda imtahan təşkil edilmiş və imtahanı uğurla başa vurmuş prokurorluq əməkdaşları Beynəlxalq Antikorrupsiya Akademiyasının 2020 Yay akademiyasını bitirmələri ilə əlaqədar sertifikatla təltif ediliblər.
Azvision.az
Teqlər: Prokurorluq