125 məzuna qızıl medal veriləcək

   125 məzuna qızıl medal veriləcək
  18 Sentyabr 2020    Oxunub:1926
Təhsil naziri Emin Əmrullayev 2019-2020-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında əmr imzalayıb.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, əmrə əsasən, ötən tədris ilinin XI sinif məzunlarından 125 nəfər qızıl, 76 nəfər isə gümüş nişanla təltif olunub.

Qaydalara əsasən, ümumi təhsil pilləsini xüsusi nailiyyətlərlə başa vuran məzunlar qızıl və ya gümüş nişanla təltif olunurlar.

Azvision.az


Teqlər: Məktəb   Şagird   Qızıl   Gümüş   Medal  





Xəbər lenti