Sahibə Qafarova Rusiyadan gözləntilərini açıqladı

 Sahibə Qafarova Rusiyadan gözləntilərini açıqladı
  23 Sentyabr 2020    Oxunub:1814
“Düşünürəm ki, yalnız regional məsələlərdə deyil, qlobal gündəmdəki məsələlərin həllində də Rusiyanın mövcud rolundan danışmağa ehtiyac yoxdur".
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Sədri Sahibə Qafarova sentyabrın 23-də Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasında çıxışı zamanı deyib.

"Biz ümid edirik ki, ATƏT-in Minsk qrupunun həmsədri olan və əvvəldən münaqişənin sülh yolu ilə həllinə çalışan Rusiya beynəlxalq siyasətdə öz nüfuzundan istifadə edəcək və uzun illər davam edən bu qarşıdurmaya son qoymaq üçün əlindən gələni əsirgəməyəcək", - deyə spiker qeyd edib.

Azvision.az


Teqlər: Sahibə-Qafarova   Rusiya   Çıxış  





Xəbər lenti