Memarı erməni olan məsciddən REPORTAJ

Memarı erməni olan məsciddən  REPORTAJ
  30 Yanvar 2014    Oxunub:3077
Türkiyədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin verdiyi məlumata görə, ölkədə 81 min 984 məscid var. Onlardan 3 min 87-si İstanbulun payına düşür. Amma bu rəqəmlər 2012-ci ilin statistikasıdır və bundan sonrada durmadan məscidlər inşaa edilir.

Bu gün isə İstanbuldakı məscidlərdən birindən bəhs edəcəm. Tarixi və memarlıq üslubuna görə fərqli olan Sultan Abdul Əzizin anası Pertevniyal Validə Sultan məscidi İstanbulun mərkəzində -Aksray Meydanında yerləşir. 1871-ci ildə inşaa edilib. Məscidi dəgər Validə sultanların inşaa etdirdiklərindən ayırmaq üçün çox zaman bura Aksaray Validə məscidi deyilir.



Məscidin memarları erməni olub. Digərlərindən zəngin memarlıq işinə görə fərqlənir. Elə qapısından içəri girdikdə klassik cami anlayışından fərqli bir mənzərə ilə qarşılaşırıq. Qapıdan içəri daxil olanda tavan və divarları əl işləmələri ilə tək qatlı giriş qarşımıza çıxır. Amma bahalı və qeyri- adi işləmələrlə yanaşı xüsusi bir sadəlik var. İşləmələr bu sadəliklə birləşərək qeyri -adi bir mənzərəyə yol açıb. ..

Əslində bu zəngin caminin memarının İtalyan memar Montinə məxsus oldugu deyilirdi. Amma qısa araşdırmadan sonra başqa bir fakt ortaya çıxdı. Doğrudur burda italyan memarının da əli işi öz əksini tapıb. Amma Caminin əsas memarı erməni Sarkis Balyan və Agop Balyan olub.



Camidə çalışan baş usta Ohanes, yardımçısı isə Dimitri adlı rus olub. Validə Sultan caminin tikintisini məhz qeyri -müsəlman dinindən olan insanlara əmanət edib. Camiyə ilk girəndə Çirağan sarayındakı memarlıq işinin eynisi də görsənir. Çırağan sarayından alınan örnəklərlə yanaşı bir hissəsində hind, bir hissəsində isə türk memarlığı əksini tapıb. Məsciddəki imamın dediyinə görə, bu tarixi abidənin təməl atma mərasimi çox göstərişli olub. O zaman Validə Sultan tanınmasın deyə sadə geyim və dəyişikliklə təməlatma mərasimini yaxınlardakı evlərin birinin pəncərəsindən izləyib və öz tövsiyyələrini verib. Hətta caminin təməli onun istədiy saatda tökülüb. O zaman Caminin Kahyası 9761 kisə 396 kuruş pul xərcləyib.



Üç ayrı təməlinə isə 3225 lira töküb. Memarlar məhz Validə Sulatanın tövsiyyələri əsasında qərarlar veriblər. Əslində indi o təmtaraqlı məscid köhnəlib və uzun təmirdən sonrada o qədər də əvvəlki görkəmini ala bilməyib. Amma yenə də qədim abidə olduğu hər halndan bəllidir.



Sulatının otagına baxan 16 pəncərə

Məscidi gəzdikcə qeyri- adi mənzərələrlə rastlaşıram. Amma bəzən bu mənzərələri təsvir etmək o qədər də asan olmur. Məsələn, caminin kübbə divarının üstündə 16 pəncərə var. Bu pəncərələr yalnız məsciddəki hünkarın dairəsinə baxır və çox məxfi saxlanılır. Hünkardan və Validə Sultandan başqa heç kim baxa bilməz. O pəncərədən, eyni zamanda camaatın namaz qıldıqları otaqdan başqa bir baglı dairə də var. Burda Validə sultan və müsafirləri ibadət edib. Məscidin pəncərələri ilə kübbə arasında “Mulk surəsi” xususi işçiliklə yazılıb. Dörd künc şəkildə tikilən tarixi abidədənin minarəsi hətta Dolmabahçə məscidinin minarəsindən də böyükdür. Hətta içi də ondan bir neçə dəfə genişdir. Məsciddəki süsləmələrə daha çox qızıl ulduzlar daxildi.



Eyni zamanda qızıl mavi süslər məscidin otaqlarını mavi rəngə boyayır. Caminin 8 künclü kürsüsünə baxanda bir oyulmus yuva təsiri bağışlayır. Ona görə də bu cami Osmanlı daş oyma sənətinin tək əsərlərindən biri sayılır. Məscidin Aksaray meydanına baxan qapısı İstanbuldakı başqa məscidlərdən çox fərqli və alışılmayan bir görüntüyə malikdir.



Validə Sultanın son dayanacağı məscid və məzarı...

Əslində məscidi gəzdikcə bura daha çox hökmdar sarayına bənzəyir. Amma abdest alma yerləri, məzarlığı düşüncələri dəyişir.

Validə sultan məscidin həyətindəki məzarlıqda dəfn edilib. Bildirilir ki, Validə Sultan oğlu Sultan Əbdül Əzizin taxtdan endirilib öldürülməsindən sonra bu məscidə sığınıb.

Qeyd edim ki, gündəlik namazlarda məsciddə 500, cümə nazmalarında isə 3000-ə qədər insan ibadət edə bilir.



Ümümlikdə içi 1000 m olan Validə Sultan məscidinin həyətyanı sahəsi 3000 kvm-dir.




Məhsəti Şərif, İstanbul


Teqlər:  





Xəbər lenti