Pentaqon: Qarabağdakı vəziyyəti diqqətlə izləyirik

  Pentaqon:  Qarabağdakı vəziyyəti diqqətlə izləyirik
  02 Oktyabr 2020    Oxunub:2218
Pentaqon Azərbaycanla Ermənistan arasındakı toqquşmaların yaratdığı qeyri-sabit vəziyyəti diqqətlə izləyir.
Azvision.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyinə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Tomas Kempbel deyib.

"Biz həm Azərbaycana, həm də Ermənistana bütün yardımlarımızı diqqətlə strukturlaşdırmışıq ki, bunun heç bir halda iki ölkə arasındakı münaqişə ilə bağlı olmayacağını təmin edək", - deyə rəsmi nümayəndə bildirib.

O əlavə edib ki, Pentaqon zorakılığı pisləyir, ölənlərin və yaralananların ailələrinə başsağlığı verir: "ABŞ tərəfləri danışıqlara mümkün qədər tez qayıtmaq üçün dərhal hərbi əməliyyatları dayandırmağa və Minsk Qrupu həmsədrləri ilə işləməyə çağırır".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Pentaqon  





Xəbər lenti