Federasiya ordu üçün pikaplar ayırdı - FOTOLAR
AAF-ın nümayəndəsi Nərgiz Rüstəmova bildirib ki, bu gün Azərbaycan xalqı tarixi bir gün yaşayır: "Ordumuz Vətən torpaqlarının işğaldan azad edilməsi üçün əməliyyatları əzmlə, uğurla davam etdirir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı qətiyyətli mübarizədən qürur və iftixar hissi duyuruq. Bu çətin günlərdə hər birimiz Ali Baş Komandanın ətrafında sıx birləşib həmrəy olmalıyıq.
Bu həmrəyliyə qoşularaq öz növbəsində Azərbaycan Avtomobil Federasiyası tərəfindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Qərargahına 10 ədəd pikap tipli avtomobillər təhvil verilib. Doğrudur, bu gün Ordunuz yüksək səviyyədə təchiz olunur. Hər zaman dövlətin qayğısı ilə əhatə olunan Ordumuzun bugünkü gündə heç bir əlavə yardıma ehtiyacı yoxdur. Lakin bu aksiya ilə bir daha Vətən uğrunda ön və arxa cəbhədə mübarizə aparan soydaşlarımızla birlikdə olduğumuzu nümayiş etdirmək istədik".
Azvision.az