Əfqanıstan “ASAN Khedmat”dən Azərbaycana dəstək

   Əfqanıstan “ASAN Khedmat”dən Azərbaycana dəstək
  02 Oktyabr 2020    Oxunub:2901
Əfqanıstanın “ASAN Khedmat” qurumu Azərbaycanın öz ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı apardığı savaşa dəstəyini nümayiş etdirib.
Bu barədə Azvision.az -a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, qurumun rəsmi “Twitter” səhifəsində paylaşdığı məlumatda deyilir: “Əfqanıstan heç vaxt sizin dəstəyinizi unutmayacaq. Sizinlə birlikdə bu çağırış qarşısında məğrurcasına dayanmışıq. Bu çətin zamanlarda siz yalnız deyilsiniz!”.

Twit Afghanistan_AsanKhedmat_Stands_By_Azerbaijan, AzerbaijanIsNotAlone, KarabakhisAzerbaijan, StopArmenianAgression həştəqləri ilə paylaşılıb.

Əfqanıstanın “ASAN Khedmat” qurumu 2016-cı ildə dövlət xidmətlərinin göstərilməsi üzrə Azərbaycanın qabaqcıl təcrübəsi olan “ASAN xidmət” modeli əsasında təsis olunub. Əfqanıstanda ilk “ASAN Khedmat” mərkəzi 2 yanvar 2019-cu il tarixində paytaxt Kabil şəhərində fəaliyyətə başlayıb.

Azvision.az



Teqlər: ASAN-Khedmat  





Xəbər lenti