Bakıdan cəbhəyə yollanan müəllimlərin sayı açıqlandı

 Bakıdan cəbhəyə yollanan müəllimlərin sayı açıqlandı
  03 Oktyabr 2020    Oxunub:1992
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumi təhsil məktəblərində çalışan müəllimlərdən 95 nəfəri hərbi mükəlləfiyyətlə bağlı vəzifələri yerinə yetirmək üçün səfərbərlik xidməti orqanları tərəfindən hərbi toplanışlara cəlb edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Azvision.az -a verilən məlumata görə, onlardan 24-ü fənn müəllimi, 71-i isə gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbərdir.

“İnanırıq ki, şanlı ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan bütün torpaqlarımızı düşmən tapdağından azad edəcək və zəfər çalacaq. Azərbaycan bayrağı əzəli torpağımız olan Qarabağda dalğalanacaq. Otuz ilə yaxın doğma torpaqlarından didərgin düşən soydaşlarımız tezliklə öz yurdlarına qayıda biləcəklər.

Allah Azərbaycan ordusunu və igid oğullarımızı qorusun!

Qarabağ Azərbaycandır!”.

Azvision.az


Teqlər: BŞTİ   Müəllim   Qarabağ  





Xəbər lenti