Ermənistanın təxribatları ABŞ mediasında - VİDEO

 Ermənistanın təxribatları ABŞ mediasında -  VİDEO
  03 Oktyabr 2020    Oxunub:2107
Azərbaycanın Los-Ancelesdəki Baş konsulu Nəsimi Ağayev Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatı ilə bağlı 29 sentyabr 2020-ci il tarixində ABŞ-ın “Current Time TV” kanalına, 30 sentyabr tarixində isə “ABC News”, “NBC News” və “Fox News” kanallarına müsahibələr verib.
Azvision.az xəbər verir ki, müsahibələrdə N.Ağayev Ermənistanın 27 sentyabrdan başlayaraq ölkəmizə qarşı növbəti hərbi təxribatı və hücumları, Azərbaycanın mülki əhalisini və mülki obyektlərini qəsdən hədəf alması, bu təxribatın nəticələri və ümumilikdə Ermənistan-Azərbaycan münaqişəsi haqda ətraflı məlumat verib.

Baş konsul bildirib ki, Azərbaycan sülh istəyir, ancaq sülh yalnız Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxmasından sonra mümkün ola bilər.

Baş Konsulluq Qarabağ həqiqətlərinin ABŞ ictimaiyyətinə çatdırılması istiqamətindəki fəaliyyətini intensiv şəkildə davam etdirir.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Qarabağ  





Xəbər lenti