“Azərbaycanın heç bir döyüş təyyarəsi vurulmayıb” - Vaqif Dərgahlı

“Azərbaycanın heç bir döyüş təyyarəsi vurulmayıb” -  Vaqif Dərgahlı
  03 Oktyabr 2020    Oxunub:2953
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı Qarabağda təmas xəttində davam edən döyüşlər zamanı Azərbaycan Hərbi Hava Qüvvələrinin heç bir döyüş təyyarəsinin vurulmadığını bildirib.
Azvision.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin rəsmisi “RİA Novosti”yə açıqlama verib.

Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bu gün səhər Qarabağda Azərbaycan təyyarəsinin vurulduğunu iddia edib. Daha sonra Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan Azərbaycana məxsus daha iki təyyarənin vurulması barədə dezinformasiya yayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti