“Ermənilərin təqdim etdiyi radiostansiya danışıqları saxtadır” - Vaqif Dərgahlı

 “Ermənilərin təqdim etdiyi radiostansiya danışıqları saxtadır” -    Vaqif Dərgahlı
  03 Oktyabr 2020    Oxunub:4228
Ermənilərin təqdim etdiyi radiostansiya danışıqları bu ölkənin xüsusi xidmət orqanlarının saxta məhsuludur.
Azvision.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

"Ermənistan mediasında yayılan və guya Azərbaycan ilə Türkiyə hərbçilərinin döyüş əməliyyatları zamanı radiostansiya vasitəsilə danışıqlarının səs yazısı bu ölkənin xüsusi xidmət orqanlarının saxta məhsuludur. Səs yazısının döyüş əməliyyatlarına heç bir aidiyyəti yoxdur", - deyə MN rəsmisi qeyd edib.

Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti