Günün fotosu: Bayrağını qoruyan vətəndaş

 Günün fotosu:  Bayrağını qoruyan vətəndaş
  05 Oktyabr 2020    Oxunub:6104
Məlum olduğu kimi, oktyabrın 4-də Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə Ermənistan ərazisindən raket atəşinə tutulub.
Azvision.az xəbər verir ki, düşmən təcavüzü nəticəsində 1 mülki şəxs həlak olub, 32 nəfər yaralanıb.

“TASS” agentliyinin fotoqrafı Valeri Şarifulinin hadisə yerindən çəkdiyi şəkillərdən biri Rusiyada “Günün fotosu" seçilib. Fotodan göründüyü kimi ermənilərin atdığı raketlərdən sonra evindən çıxan bir vətəndaş özü ilə birlikdə Azərbaycan bayrağını da götürüb.

Bu isə onu göstərir ki, Azərbaycan xalqı erməni təxribatının qarşısında dik dayanıb və bayraq onun üçün canından belə əziz və ucadır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Azərbaycan   Bayraq  





Xəbər lenti