“Ermənistan rəhbərliyi məsuliyyətə cəlb olunmalıdır” - Prezidentin köməkçisi

 “Ermənistan rəhbərliyi məsuliyyətə cəlb olunmalıdır” -  Prezidentin köməkçisi
  05 Oktyabr 2020    Oxunub:2263
Ermənistanın Azərbaycanın böyük şəhərlərinə intensiv raket hücumları mülki insanları öldürmək məqsədi ilə bu ölkənin həyata keçirdiyi dövlət terrorudur
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb.

“Ermənistanın Azərbaycanın Gəncə, Mingəçevir, Bərdə, Tərtər və digər böyük şəhərlərinə intensiv raket hücumları mülki insanları öldürmək məqsədi ilə Ermənistanın həyata keçirdiyi dövlət terrorudur. Buna görə Ermənistanın siyasi-hərbi rəhbərliyi məsuliyyətə cəlb olunmalıdır”, - deyə H.Həsənov qeyd edib.

Azvision.az


Teqlər: Prezidentininköməkçisi  





Xəbər lenti