“Fransa açıq şəkildə Ermənistanı dəstəkləyir” - Çavuşoğlu

 “Fransa açıq şəkildə Ermənistanı dəstəkləyir” -    Çavuşoğlu
  05 Oktyabr 2020    Oxunub:3512
Ermənistanın mülki əhaliyə hücumu yeni deyil. Bu ölkənin tarixinə baxanda, günahsız insaları necə qətlə yetirdiyini görmək olar, xüsusilə də Xocalıda.
Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu NATO baş katibi Yens Stoltenberqlə görüşündə deyib.

Onun sözlərinə görə, Ermənistan yenə mülki əhalini hədəf alıb: "Bütün beynəlxalq hüquq Azərbaycanın tərəfindədir və beynəlxalq ictimaiyyət Azərbaycana dəstək verməlidir. Təssüflər olsun ki, beynəlxalq ictimaiyyət ya neytral qalır, ya da Ermənistana dəstək verir. Fransa açıq şəkildə Ermənistanı dəstəkləyir:

Çavuşoğlu qeyd edib ki, Minsk qrupu Dağlıq Qarabağ probleminin həlli üçün heç bir şey etməyib.

"Ermənistan-Azərbaycan məsələsi gündəmə gələndə Minsk qrupu Ermənistandan ərazilərin boşaldılmasını tələb etmir. NATO üzvləri də Ermənistanın işğal etdiyi ərazilərdən çıxmasını tələb etməlidir. Beynəlxalq ictimaiyyət tərəfindən cavab almayan Ermənistan bundan cəsarətlənib Azərbaycana hücumlarını davam etdirir".

Azvision.az


Teqlər: Çavuşoğlu  





Xəbər lenti