“Ermənistan üçün heç bir qırmızı xətt yoxdur” - XİN rəhbəri

 “Ermənistan üçün heç bir qırmızı xətt yoxdur” -  XİN rəhbəri
  06 Oktyabr 2020    Oxunub:3035
Bu günə olan məlumata görə, ermənilər tərəfindən 27 mülki vətəndaşımız qətlə yetirilib, 143 nəfər yaralanıb.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ermənistan 90-cı illərin əvvəlində də bu taktikadan istifadə edib. Mülki əhalini hədəfə alaraq öz məkrli planlarına nail olmağa çalışıblar.

"Bu, təxribatların tam siyahısı deyil. Biz ötən həftə də daha bir təxribatın şahidi olduq. Əvvəlcə Daşkəsən, Şəmkir hədəfə alındı. Məqsəd Azərbaycanın cavab tədbirləri görməsi və üçüncü tərəfi, o cümlədən hərbi təşkilatları münaqişəyə cəlb etmək idi.

Hərbi əməliyyatların aparılmasının qanunları var. Ermənistan üçün heç bir qırmızı xətt yoxdur. Münaqişə zonasından 150-200 km uzaqda olan Gəncənin, Mingəçevirin hədəfə alınması bu təxribatın nə qədər geniş olduğunu göstərir. Hazırkı Ermənistan hərbi-siyasi rəhbərliyinin düşüncə tərzi terrorist düşüncə tərzinə uyğundur. Azərbaycanın mövqeyi beynəlxalq hüquqa, tarixi ədalətə əsaslanır. Ermənistan silahlı birləşmələri bizim ərazilərimizdən çıxmalıdır", - deyə XİN rəhbəri qeyd edib.

Azvision.az


Teqlər: Ceyhun-Bayramov   Mövlud-Çavuşoğlu   Azərbaycan   DağlıqQarabağ  





Xəbər lenti